Britaniya səfiri Rusiya TIR-nın Xankəndiyə çatdırılmasından yazdı

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld Rusiya Qırmızı Xaç Komitəsindən göndərilən humanitar yardımın Ağdam-Xankəndi yolu vasitəsilə Qarabağa çatdırılmasına münasibət bildirib.

Globalinfo.az xəbər verir ki, səfir “X” (keçmiş Tvitter) sosial şəbəkəsində paylaşım edərək, Laçın yolu və Ağdam-Xankəndi yolunun paralel şəkildə fəaliyyət göstərməsinin dəstəkləndiyini bildirib.

“Ağdam-Xankəndi yolundan Qarabağdakı ermənilərə humanitar yardım aparan Rusiya Qırmızı Xaç Cəmiyyətinə məxsus yük maşının keçidini alqışlayırıq. Növbəti addım kimi, Beynəlxalq Qırmızı Xaç Komitəsinin Ağdam-Xankəndi və Laçın yolundan istifadə edərək Qarabağa humanitar yardımların çatdırmasını dəstəkləyirik”-deyə, paylaşımda qeyd olunur.

Əliyar Xəlil
Globalinfo.az