Ağ Evdən Priqojinin təyyarə qəzası ilə bağlı açıqlama

“ABŞ Prezidenti Co Bayden artıq insidentlə bağlı məlumatlandırılıb”.

Globalinfo.az xəbər verir ki, bu sözləri ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü deyib.

“Ağ Ev Tver yaxınlığında Yevgeni Priqojini daşıdığı iddia edilən təyyarə qəzasından xəbərdardır və onun ölümü təsdiqlənsə, təəccüblənməyəcək. Biz bu xəbərləri gördük. Əgər təsdiqlənsə, bu, heç kəs üçün sürpriz olmamalıdır”, – o, X sosial şəbəkəsindəki hesabında Priqojinin mümkün ölümünü şərh edərkən yazıb.

Qeyd edək ki, Moskvadan Sankt-Peterburqa gedən Yevgeni Priqojinin də olduğu şəxsi təyyarə Tver vilayətində qəzaya uğrayıb. Təyyarədə olan 3 ekipaj üzvü və 7 sərnişinin hamısının öldüyü bildirilir.