0ee399e1 Rubio flag smile

Ağ Evin ABŞ dövlət katibi Marko Rubioya 55 illik yubileyi münasibətilə hazırladığı hədiyyə üzə çıxıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Axios” portalı məlumat yayıb.

Bildirilib ki, ABŞ Prezidenti Donald Tramp və Ağ Ev əməkdaşları mayın 28-də Rubioya onun müxtəlif məşhur memlərindən ibarət, qızılı çərçivəyə salınmış xüsusi kollaj təqdim ediblər.

Kollajda dövlət katibi 68 fərqli obrazda təsvir olunub. Onun arasında “Simpsonlar” və “Cənub Parkı” animasiya seriallarının personajları, KISS qrupunun üzvü, Şaxta baba və hətta Roma Papası kimi təqdimatlar da yer alıb.

Şəkillərin hər birinin üzərində Rubionun ad günü münasibətilə Ağ Ev əməkdaşlarının təbrik mesajları yerləşdirilib. Donald Tramp isə hədiyyənin üzərinə qısa, lakin diqqətçəkən bir mesaj yazıb: “Sən möhtəşəmsən!”.

owl wide 1200 727b5c8c1a28ab588558941c9265940d

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: