
İran ABŞ-la danışıqların ikinci raundunda iştirak edəcək.
Globalinfo.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Bu qərarın Hörmüz boğazında baş vermiş son qarşıdurmaya baxmayaraq verildiyi bildirilir.
Xatırladaq ki, ABŞ Hərbi Dəniz Qüvvələri İran gəmisinin boğazda blokadanı yarmağa cəhd etdiyini və buna görə hədəfə alındığını açıqlamışdı.
Cavab olaraq isə İran pilotsuz uçuş aparatlarının ABŞ hərbi gəmilərinə zərbələr endirdiyi iddia olunmuşdu.
Bundan əvvəl bəlli olmuşdu ki, İran ABŞ ilə danışıqların ikinci mərhələsində iştirak etməkdən imtina edib.
İran tərəfi bildirmişdi ki, danışıqların ikinci mərhələsində iştirak etməməsi Vaşinqtonun həddindən artıq çox olan tələbləri, qeyri-real gözləntiləri, mövqelərdəki daimi dəyişikliklər, təkrarlanan ziddiyyətlər və atəşkəsin pozulması sayılan davam edən dəniz blokadasından qaynaqlanır.
Safura Bənnayeva
Globalinfo.az