mneHIXUmUMts4d9jRcf1jMplq3JlQUApG66Ojmqt 1200 10

Ağ Evdə qonaqları insanabənzər robot qarşılayıb. 

Globalinfo.az xəbər verir ki, bu, Melaniya Trampın da iştirak etdiyi tədbir zamanı baş verib.

Belə ki, tədbirin açılışı məhz robota həvalə edilib.

“Birinci xanım Melaniya Trampa məni “Gələcəyə birlikdə töhfə verək” beynəlxalq koalisiyasının ilk iclasına dəvət etdiyi üçün təşəkkür edirəm. Mənim üçün burada iştirak etmək böyük fəxrdir. Mən – Figure 03, humanoidəm, ABŞ-da istehsal olunmuşam. Mən uşaqlara texnologiya və təhsil sahəsində imkanlar verən belə tarixi bir hərəkatın üzvü olduğum üçün sizə minnətdaram”, – robot bildirib.

Daha sonra o, iclasa toplaşanlara bir neçə dildə təşəkkür edib və zalı tərk edib.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: