Qəzza zolağında yaşayan əcnəbilərlə bağlı qərar

Misir, İsrail və ABŞ Qəzza zolağında yaşayan əcnəbilər üçün dəhliz açmaq barədə razılığa gəliblər.

Globalinfo.az xəbər verir ki, bu barədə “Tayms of İsrail” məlumat yayıb.

Məlumata görə, sözügedən dəhliz Misirin Rəfah sərhəd keçid məntəqəsindən keçəcək. Qətər danışıqlarda iştirak edib və onların iştirakçıları HƏMAS və “İslami Cihad”ın razılığını alıblar.

Vurğulanıb ki, razılaşma HƏMAS tərəfindən saxlanılan girovlara aid deyil.

Qeyd edək ki, bundan əvvəl İsrail və Misirin qaçqınların Qəzza zolağından çıxması üçün dəhliz yaratmaq razılığına gəldiyini bildirilmişdi. Lakin Misir bunu təkzib etmişdi.

Xatırladaq ki, oktyabrın 7-si İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatı İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını bildirib. Bunun ardınca İsrail ordusu Qəzza zolağında “Dəmir qılınclar” adını verdiyi hərbi əməliyyata başlayıb.