ABŞ Prezidenti Donald Trampın istefa xəbərləri Vaşinqtonda böyük səs-küyə səbəb olub.
Globalinfo.az xəbər verir ki, iddialara görə, onun səhhətində yaranan problemlərə görə belə addım atması mümkündür.
“79 yaşlı Tramp xroniki venoz çatışmazlıq diaqnozu ilə bağlı artan şayiələrdən sonra çərşənbə axşamı Ağ Evdə qeyri-adi mətbuat konfransı keçirəcək. Oval kabinetdə baş tutacaq tədbir isə “Tramp istefa verirmi?” sualını gündəmə gətirib”, – deyə ABŞ mediasında qeyd edilib.
Ağ Ev rəhbərinin son həftələrdə ictimaiyyətə çıxmaması və mətbuatla təmasda olmaması səhhətində problemlər olduğu iddialarını artırıb.
Hazırda Donald Trampın vəzifəsindən istefa və ya başqa bir sürpriz edib-etməyəcəyi böyük maraq doğurur.
Qeyd edək ki, bu gün Bakı vaxtı ilə saat 22:00-da prezident bəyanatla çıxış edəcək və bu, canlı yayımlanacaq.
Əliyar Xəlil
Globalinfo.az