mirziyoyev

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ABŞ Prezidenti Donald Trampın Qəzzada münaqişədən sonrakı nizamlanma üzrə “Sülh Şurası”na dəvətini qəbul edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Özbəkistan liderinin mətbuat xidməti “Telegram”da məlumat verib.

“Dövlətimizin başçısı amerikalı həmkarına cavab məktubu göndərərək Özbəkistanın Sülh Şurasına təsisçi üzv kimi qoşulmağa hazır olduğunu bildirib”.

Mirziyoyev Trampa cavabında Daşkəndin “Sülh Şurası”nı Yaxın Şərqdə uzun müddətdir davam edən münaqişələrin həllində mühüm addım kimi gördüyünü xüsusi olaraq qeyd edib.

Bundan əvvəl Qazaxıstan Prezidenti də sözügedən təşkilata dəvəti qəbul etmişdi.

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: