1ba49273 9054adeb2fc083b847b8f16abebbdb18

Uqandalı general ABŞ səfirini ölkədən qovulacağı ilə hədələyib.

Globalinfo.az xəbər verir ki,  Afrika ölkəsi olan Uqandanın ordu komandanı Muhoozi Kainerugaba ABŞ səfirinə bununla bağlı ultimatum təqdim edib.

Buna səbəb kimi ABŞ səfirininin qeyri-diplomatik davranışı göstərilib.

“Əgər ABŞ-ın hazırkı səfiri bazar ertəsi səhərə qədər Uqanda prezidentindən qeyri-diplomatik davranışına görə şəxsən üzr istəməsə, biz onu ölkədən qovacağıq. Çünki prezidentə hörmətsizlik göstərilməsi ölkə Konstitusiyasının pozulması deməkdir”, – deyə uqandalı general vurğulayıb.

Xatırladaq ki, daha öncə ABŞ Afrika ölkələrinə Ukrayna ilə əlaqələri kəsməməyi tövsiyə edib.

“Biz həmişə hesab etmişik ki, diplomatik münasibətlər vacibdir və ölkələr bir-biri ilə danışıb anlaşmalıdır. Diplomatiya vacibdir, ona görə də biz bu ölkələri danışıqları davam etdirməyə çağırırıq”, – deyə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Paylaş: