“Rusiya Prezidenti Vladimir Putinin amerikalı həmkarı Donald Trampa Moskvaya dəvəti qüvvədə qalır”.
Globalinfo.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov TASS agentliyinə açıqlamasında bildirib.
“Bu, gözlənilməsə də, daimi dəvətdir. Putin prezident Trampla görüşməyə hazırdır və xoşbəxtdir. Hər şey Ağ Ev rəhbərinin qərarından asılıdır”, – deyə o qeyd edib.
Xatırladaq ki, avqust ayında Putin Trampla növbəti görüşün Moskvada keçirilməsini təklif edib. Amerika lideri bunu mümkün saysa da, buna görə tənqid olunacağını etiraf edib.
Əliyar Xəlil
Globalinfo.az