WhatsApp Image 2024 05 27 at 15.58.22

“Abxaziyada növbədənkənar prezident seçkiləri fevralın 15-də keçirilə bilər”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Abxaziya Mərkəzi Seçki Komissiyası”ndakı mənbə “RİA Novosti”yə bildirib.

Ötən gün “ölkə parlamenti” “prezident” Aslan Bjaniyanın “istefasını” qəbul edib. “Milli Aambleyanın” spikeri Laşa Aşubanın sözlərinə görə, növbədənkənar “seçkilər” keçirilənədək Abxaziyanın “vitse-prezidenti” Badra Qunba “dövlət başçısı” vəzifəsini icra edəcək.

Adı açıqlanmayan mənbənin məlumatına görə, ilkin olaraq tarixin 15 fevral olması düşünülür, lakin dəyişə də bilər. Tarixlə bağlı qərarı “parlamentin” verəcəyi bildirilib.

Qeyd edək ki, bir neçə gündür qondarma “Abxaziya Respublikasında” aksiyalar keçirilir. Etirazlar nəticəsində separatçı “prezident” Aslan Bjaniya paytaxtı tərk edib.

Ayşən Mustafa
Globalinfo.az 

Paylaş: