İstanbulda meydana gələn zəlzələlər nəticəsində 151 nəfər xəsarət alıb.
Globalinfo.az xəbər verir ki, bu barədə İstanbul Valiliyi məlumat yayıb.
Həmin şəxslərin zəlzələ anında özlərini binadan atdıqları bildirilib.
“151 nəfərin xəstəxanada müalicəsi davam edir. Onların həyatı üçün təhlükə yoxdur”, – açıqlamada qeyd olunur.
Xatırladaq ki, bu gün günorta saatlarında Türkiyədə ard-arda 8 zəlzələ baş verib.
Ayşən Mustafa
Globalinfo.az