xestexana 2

Abşeron rayonunda azyaşlının ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

Globalinfo.az bildirir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, fevralın 17-si saat 18 radələrində 2017-ci il təvəllüdlü Səyid Zəkəriyəyevin nəfəs borusuna qida düşüb.

Hadisə onların yaşadığı Saray qəsəbəsindəki evlərində qeydə alınıb.

Xəstəxanaya çatdırılan uşaq vəfat edib.

Faktla bağlı Abşeron Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Paylaş: