Abşeron Rayon Mərkəzi Xəstəxanasında YENİLİK

“TƏBİB-in tabeliyindəki Abşeron Rayon Mərkəzi Xəstəxanasında vətəndaşların tibbi xidmətlərə əlçatanlığının və pasiyent məmnunluğunun artırılması üçün Qeydiyyat bölməsi yeni formatda əhalinin istifadəsinə verilib”.

Bu barədə Globalinfo.az-a Abşeron Rayon Mərkəzi Xəstəxanasından bildirilib.

Məlumata görə, tibb müəssisəsinin geniş və işıqlı sahəsində təşkil edilən 22 personalın çalışdığı bölmədə kompakt və əhatəli xidmət göstərilir:

“Burada xəstəxanaya müraciət edən vətəndaşlara göstərilən xidmətlər barədə informasiya almaq üçün məlumat mərkəzi, ambulator müayinədən keçmək üçün qeydiyyat mərkəzi, şəhid ailələri və qazilərlə iş masası, digər tibb müəssisələrinə göndərilən xəstələr üçün göndərişlər paneli, rahatlığın təmin edilməsi üçün 50 nəfərlik gözləmə guşəsi və s. təşkil edilib”.

 

 

Zaira Akifqızı
Globalinfo.az