
ABŞ Rusiya banklarının açıldığı ölkələrə qarşı sanksiyalar tətbiq edəcəyini açıqlayıb.
Globalinfo.az xəbər verir ki, Birləşmiş Ştatlar Rusiya ilə ticarət aparan ölkələrə xəbərdarlıq edib.
Bildirilib ki, Rusiya banklarına silah istehsalını maliyyələşdirmək üçün yerli filiallar açmağa icazə verilsə, həmin ölkələr ikinci dərəcəli sanksiyalarla üzləşəcəklər.
Bunu ABŞ maliyyə nazirinin müavini Uolli Adeyemo deyib.
Adeyemo bildirib ki, ölkələr sanksiyalardan yayınmaq Rusiyaya məxsus filialların və ya törəmə şirkətlərin yaradılmasını dayandırmalıdır.
“Moskva ABŞ-ın VTB Bank Şanxay kimi şirkətlərə qarşı sanksiyalarından sonra malların ödənişi üçün digər kanallar axtarır. ABŞ Çin, Türkiyə və BƏƏ kimi ölkələrdə olan daha böyük kreditorları rusiyalı səhmdarlardan uzaq durmağa məcbur edəndən sonra, onlar diqqəti kiçik banklara yönəldirlər”, – deyə Adeyemo vurğulayıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az