1 35

ABŞ Venesuelada baş vermiş dağıdıcı zəlzələnin nəticələrinin aradan qaldırılması üçün 150 milyon dollar yardım ayıracaq.

Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Bildirilib ki, vəsaitin üçdə biri Venesuelada fəaliyyət göstərən tərəfdaş təşkilatlara yeni ikitərəfli sazişlər çərçivəsində veriləcək. Qalan hissə isə Venesuela üzrə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin humanitar yardım fonduna yönəldiləcək.

ABŞ Dövlət Departamenti həmçinin ölkəyə iki axtarış-xilasetmə briqadasının göndərildiyini açıqlayıb. Qruplar Virciniya və Kaliforniya ştatlarından yola salınıb.

Məlumata görə, briqadaların tərkibinə yanğınsöndürənlər, həkimlər, inşaat və tikinti üzrə mühəndislər, xidmət itləri ilə çalışan kinoloqlar, eləcə də digər mütəxəssislər daxildir.

Onlar zəlzələdən zərər çəkmiş ərazilərdə axtarış-xilasetmə və humanitar yardım əməliyyatlarına dəstək göstərəcəklər.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: