Константин Гаврилов.mp4 snapshot 00.00.000

“ABŞ Ukrayna ilə Əfqanıstan kimi davranacaq. Onlar biabırçı şəkildə qaçacaqlar”.

Globalinfo.az xəbər verir ki, bu proqnozla Vyanada hərbi təhlükəsizlik və silahlara nəzarət üzrə danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri Konstantin Qavrilov deyib.

O bildirib ki, Birləşmiş Ştatlar Əfqanıstan ssenarisini Ukraynada həyata keçirəcək. Sonda isə Kiyevə tədarük etdiyi silah-sursatı qoyaraq utanc hissi ilə qaçacaq.

“Pentaqon ABŞ-ın Kiyevə etdiyi hərbi yardımın oğurlanması ilə bağlı 50-dən çox cinayət işi açıb. Bu, Vaşinqtondakı siyasi şounun bir hissəsidir. Onlar Kiyevin hərbi qələbəsini təmin etməyin mümkün olmayacağını başa düşürlər. ABŞ rəhbərliyi bunu gizlətmir və müharibənin iqtisadiyyatı daha da gücləndirmək üçün bir vasitə olduğunu etiraf edir”, – rusiyalı diplomat vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: