
“Florida və Nyu York da daxil olmaqla, ABŞ-ın bir çox sahilyanı əraziləri 2050-ci ilə qədər su altında qala bilər”.
Globalinfo.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.
“Climate Central” qeyri-kommersiya təşkilatının yeni interaktiv xəritəsi ABŞ-ın sahilyanı şəhərləri üçün dəhşətli ssenarini təsvir edir. Alimlərin proqnozlarına görə, Luiziana və Corciya da daşqın təhlükəsi ilə üzləşib”, – deyə bildirilib.
Qeyd edək ki, bundan əvvəl kanadalı alim, ekoloq və politoloq Vatslav Smil 2035-ci ilə qədər dünyanın sonunun olma ehtimalından danışıb.
Əliyar Xəlil
Globalinfo.az