Türkiyə bankları və müəssisələri Rusiya təşkilatları ilə iş apardıqları üçün sanksiya və G7 ölkələrinin bazarlarına giriş qadağası ilə üzləşə bilərlər.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ maliyyə nazirinin müavini Brayan Nelson deyib.
“Türkiyə müəssisələri və bankları əlavə tədbirlər görərək, Rusiya hərbi-sənaye kompleksinin istifadə edə biləcəyi ikili xarakterli texnologiyaların tranzaksiyalarından qaçmalıdırlar. Rusiya oliqarxları və dövlət məmurları Türkiyədə özlərinə mülk almağa, biznes fəaliyyətinə davam edirlər.
ABŞ Türkiyənin enerji daşıyıcılarının idxalından və Rusiya ilə kənd təsərrüfatı məhsullarının ticarətindən asılı olduğundan xəbərdardır. Biz bunların Türkiyənin iqtisadi fəaliyyətinə neqativ təsirinin azaldılması üzərində işləməyə çalışırıq”, – o bildirib.
İlkin Həsənov
Globalinfo.az