ABŞ Tailanddan kokos südü almayacaq – Maraqlı səbəb

ABŞ şirkətlərin Tailanddan kokos südü idxalını dayandırmaq barədə qərar qəbul edib.

Globalinfo.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə “The New York Times” nəşri yazıb.

Bildirilib ki, buna səbəb kokos südü istehsalı zamanı bu ölkədə məcburi meymun əməyinin istifadəsi ilə bağlı faktların ortaya çıxmasıdır. PETA heyvanların hüquqlarının müdafiəsi qrupu bu barədə məlumatlar yaydıqdan sonra şirkətlər bu addıma gedib.

PETA istehlakçıları Tailandda yox, alternativ ölkələrdə yetişdirilən kokosdan hazırlanmış məhsulları almağa təşviq edir. Kokosdan hazırlanan məhsulların istehsalı ilə Dominikan Respublikası, Hindistan, İndoneziya, Filippin və Vyetnam da məşğul olur.

ABŞ şirkətləri ilə yanaşı, analoji qərar Almaniya və digər Avropa ölkələrində fəaliyyət göstərən şirkətlər tərəfindən də qəbul edilib.