ABŞ sözçüsü: “Şimali Koreyaya qarşı heç bir düşmən niyyətimiz yoxdur”

 

“Bizim Şimali Koreyaya qarşı heç bir düşmən niyyətimiz yoxdur”.

Globalinfo.az xarici mediaya istinadən xəbər verir ki, bu fikiri ABŞ rəsmisi səsləndirib. O bildirib ki, ABŞ diplomatiyaya sadiqdir və Şimali Koreyaya qarşı düşmənçilik niyyəti yoxdur.

Açıqlamada həmçinin ABŞ-ın Pxenyan administrasiyası ilə “şərtsiz dialoq” qurmaq istədiyi qeyd olunub.  Bəyanatda o da vurğulanıb ki, Birləşmiş Ştatlar Cənubi Koreya, Yaponiya və digər tərəfdaşlarla Şimalla ünsiyyətin yolları mövzusunda görüşləri davam etdirir.

Əliyar Xəlil,

Globalinfo.az