200922 secrecy envelope jm 0913 3413923

ABŞ-da keçirilən prezident və senator seçkilərinin səsvermə prosesindən yayılan görüntülər sosial şəbəkələrdə maraqla qarşılanıb.

Globalinfo.az xəbər verir ki, prosesdə iştirak edən vətəndaşların bəziləri senator səsvermə bülletenlərinə fərqli-fərqli şəxslərin adlarını əlavə edib.

Bülletenlərin birində İmam Əli, başqa birində İstanbul Böyüşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun adı naməlum vətəndaşlar tərəfindən xanalara əlavə olunub və onlara səs verilib.

Həmçinin Türkiyə Cümhuriyyət Xalq Partiyasının keçmiş rəhbəri Kamal Kılıçdaroğlu və Ankara Böyük Şəhər Bələdiyyəsinin sədri Mansur Yavaşın da adları senator seçki bülletenlərinə naməlum vətəndaşlar tərəfindən qeyd edilib. Sosial şəbəkələrdə yayılan görüntülər maraqla qarşılanıb.

GbpRw22WkAAZohD      GbpehWkX0AAncmg GbkAKPNWsAAs92u Gbo03RBWMAAmTM5

Ayşən Mustafa
Globalinfo.az

Paylaş: