“ABŞ PUA-sını rus qırıcıları vurmayıb” – Rusiya MN-dən TƏKZİB

“ABŞ PUA-sını rus qırıcıları vurmayıb”.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilib ki, onlar kəskin manevr etdikdən sonra biri suya çırpılıb.

Qeyd olunub ki, pilotsuz uçuş aparatı aşkar edildikdən sonra Rusiyanın növbətçi hava hücumundan müdafiə qüvvələrinin qırıcıları havaya qaldırılıb.

“Qəfil manevr nəticəsində ABŞ pilotsuz uçuş aparatı hündürlüyü itirərək nəzarətsiz uçuşa keçib və su ilə toqquşub. Rusiya qırıcıları ABŞ dronuna qarşı silahdan stifadə etməyib, onunla təmasda olmayıb, sağ-salamat aerodroma qayıdıb”, – deyə Rusiya MN-dən bildirilib.