g%C9%99mi 1

ABŞ hərbçiləri yaxın günlərdə İranla əlaqəli gəmilərin bortuna çıxaraq onları ələ keçirməyə hazırlaşır.

Globalinfo.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” ABŞ rəsmilərinə istinadən məlumat yayıb.

Məlumata görə, ABŞ hərbçiləri yaxın günlərdə beynəlxalq sularda üzən ticarət gəmilərini ələ keçirməyi planlaşdırır. Bununla da Vaşinqtonun dəniz əməliyyatlarını Yaxın Şərqdən kənara doğru genişləndirəcəyini göstərmək istəyir.

Qeyd olunur ki, bu planlaşdırma İran hərbçilərinin Hörmüz boğazı üzərində nəzarəti gücləndirməsi fonunda aparılır. İddialara görə, İran bir neçə ticarət gəmisinə hücum edib və su yolunun ciddi nəzarət altında olduğunu bəyan edib.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: