ABŞ məhkəməsi Trampla bağlı qərarını açıqladı

ABŞ-ın keçmiş prezidenti Donald Trampın 2020-ci il seçkilərinə müdaxilə işində prezident toxunulmazlığı iddiası məhkəmə tərəfindən rədd edilib.

Globalinfo.az xəbər verir ki, bu qərarı Vaşinqtondakı Apellyasiya Məhkəməsi qəbul edib.

Məhkəmənin qərarına əsasən, Trampa qarşı Kapitoliyə hücumla bağlı cinayət işi açıla bilər.