Ukraynanın Rusiyanı necə vurduğu bəlli oldu – Xüsusi dəstə

Ukrayna Rusiyada diversiya əməliyyatları üçün xüsusi dəstə yaradıb.

Globalinfo.az Rusiya Federal Təhlükəsizlik Xidmətinə istinadən xəbər verir ki, sözügedən dəstənin yaradıcısı Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov olub.

Qeyd olunur ki, yaradılan dəstə əməliyyatlarda yüngünmühərrikli aviasiya vasitələrindən istifadə edir. Onlar 2023-cü ilin əvvəlindən bu yana Rusiya ərazisinə beş döyüş uçuşu icra ediblər. Nəticədə Rusiyanın Ukrayna ilə sərhəd rayonlarında bir sıra obyektlərə zərər dəyib.

Tahir Turan
Globalinfo.az