ABŞ İsrail üçün təxminən 19 milyard dollarlıq silah paketini təsdiqləyib.
Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ-nin Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyinin məlumatında bildirib.
Məlumatda qeyd edilib ki, İsrailə 18,82 milyard dollar dəyərində F-15 qırıcı təyyarələri və müvafiq avadanlıqların mümkün satışı təsdiqlənib.
Müqavilə çərçivəsində təyyarə və avadanlıqların tədarükünə 2029-cu ildə başlanacaq.