iran abs

ABŞ hakimiyyəti İrana qarşı sanksiyaları genişləndirərək səkkiz fiziki şəxsi və onlarla əlaqəli doqquz neft tankerini siyahıya daxil edib.

Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin açıqlamasında deyilir.

Yayımlanan məlumata əsasən, məhdudiyyətlər Hindistan, Liberiya, Birləşmiş Ərəb Əmirlikləri, Oman, eləcə də Seyşel və Marşall adalarında qeydiyyatdan keçmiş səkkiz neft-qaz və nəqliyyat şirkətinə şamil olunub. Bundan əlavə, doqquz neft tankeri də sanksiyalara məruz qalıb.

Eyni zamanda ABŞ Maliyyə Nazirliyi ümumi lisenziya yayımlayıb. Sənədə əsasən, sanksiya siyahısına salınmış neft tankerlərinə cari ilin 22 fevral tarixinədək Venesuela, İran və Rusiya limanları istisna olmaqla digər bütün limanlara daxil olmağa və orada dayanmağa icazə verilir. Lisenziya ekipaj üzvlərinin sağlamlığı və təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlərin görülməsinə, təmir işlərinin aparılmasına və gəmilərin boşaldılmasına da imkan yaradır. Şərt odur ki, tankerlər 23 yanvardan gec olmayaraq yüklənməlidir. Həmçinin İran mənşəli olmamalıdır.
Sanksiya siyahısına daxil edilmə ABŞ ərazisində aktivlərin dondurulmasını, həmçinin Amerika vətəndaşları və şirkətləri üçün siyahıya düşən şəxslər və qurumlarla hər hansı kommersiya əməliyyatlarının qadağan edilməsini nəzərdə tutur.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: