iran xerite 25254

Xəbər verdiyimiz kimi, tanınmış amerikalı jurnalisti Taker Karlson Vaşinqtonun İsrailin Baş naziri Benyamin Netanyahunun təzyiqi ilə yaxın günlərdə İrana nüvə zərbəsi endirə biləcəyini iddia edib.

Globalinfo.az-ın məlumatına görə, Karlson mümkün zərbənin hədəfinin İranın mərkəzindəki Külüng dağı (Pickaxe Mountain) ola biləcəyini yazıb.

Jurnalist iddia edir ki, İsrail kəşfiyyatı İranın həmin ərazidə uranın zənginləşdirilməsi proqramını bərpa etdiyini düşünür.

Karlsonun fikrincə, bu səbəbdən nüvə silahının istifadəsi yeganə hərbi variant kimi nəzərdən keçirilə bilər.

“Azad İran” müstəqil ekspertlərə istinadən yazır ki, həmin dağdakı obyekt yerin təxminin 60-100 metr dərinliyində yerləşir

“Dərinliklərə enmək üçün xüsusi tunellərdən istifadə edilir. Külüng dağının səth təyinatlı nüvə bombası ilə vurulması qeyri-peşəkar və lazımsız addım olar”.

Sözügedən ərazinin təsvirini təqdim edirik:

IMG 2957

Tahir Turan
Globalinfo.az

Paylaş: