ABŞ Ədliyyə Nazirliyi İranın Trampa qarşı sui-qəsd hazırladığını iddia edib.
Globalinfo.az xəbər verir ki, bu barədə qurumun açıqlamasında deyilir.
“Ədliyyə Nazirliyi İranın Donald Trampa qarşı sui-qəsd planlarını davam etdirmək üçün cinayət şəbəkəsini idarə etmək vəzifəsi daşıyan Tehran rejiminin agentini ittiham edib”, – məlumatda deyilir.
Ədliyyə Nazirliyindən verilən açıqlamada bildirilib ki, təqsirləndirilən şəxs Trampa sui-qəsd planı hazırlamaq tapşırığı aldığı iddia edilən 51 yaşlı İran vətəndaşı Fərhad Şakeridir.
ABŞ Federal Təhqiqatlar Bürosunun direktoru Kristofer Vray öz növbəsində iddia edib ki, İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ-da qətllər təşkil etmək üçün guya cinayətkarlar və muzdlu qatillərlə əlbir olub.