1735360329 img 20241228 wa0003

İran hərbi potensialını ABŞ-ın proqnozlarından daha sürətlə bərpa edir.

Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Qeyd olunub ki, altıhəftəlik atəşkəs dövründə Tehran artıq BPL istehsalını yenidən başladıb.

ABŞ kəşfiyyatı hesab edir ki, İran bütün gözləntiləri aşaraq 6 ay ərzində zərbə dronlarının potensialını tam bərpa edəcək. Sürətli böyüməyə Çindən gələn komponentlər və Rusiyanın dəstəyi kömək edir.

İranda dronların təxminən 50%-i və raket buraxıcılarının üçdə ikisinə qədəri sağ qalıb ki, bu da ABŞ Silahlı Qüvvələri Mərkəzi Komandanlığının (CENTCOM) ölkənin müdafiə sənayesinin 90%-nin məhv edilməsi ilə bağlı açıqlamalarını təkzib edir.

Tahir Turan
Globalinfo.az

Paylaş: