Yüksək vəzifəli Avropa diplomatları ABŞ-ın yaxın aylarda Avropadakı hərbi mövcudluğunu azaltmaq qərarını elan edəcəyini gözləyir.

Globalinfo.az xəbər verir ki, bu barədə Almaniyanın “Handelsblatt” nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, Vaşinqtonun nə vaxt və hansı miqyasda qüvvə azaldacağı hələ dəqiq bilinmir, lakin NATO daxilində belə bir ssenariyə hazırlıq işləri artıq başlayıb.

Avropalı diplomatlar bu addımın transatlantik təhlükəsizlik balansına və NATO-nun müdafiə qabiliyyətinə təsir göstərə biləcəyindən narahatdırlar.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: