ABŞ əsgərləri Avropa ölkəsinə girir – Səbəb nədir?

10 minə yaxın amerikalı əsgər Polşa ərazisinə yerləşdirilib. Rusiya XİN nümayəndəsi Maria Zaxarova qeyd edib ki, Polşa ərazisinə xarici qoşunların yerləşdirilməsi ilə bağlı çağırışlar Avropada gərginliyi daha da artıracaq.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Əhəd Məmmədli deyib ki, NATO-nun şərq cinahı ABŞ-ın nəzarətindədir:

“Lakin Fransa və Almaniya Alyansa təsir etmək istəyir. Şərqi Avropa ölkələri başda Polşa olmaqla Amerikanın nəzarətindədir. O, NATO daxilində Almaniya və Fransanı alternativ güc kimi yetişdirir. Ona görə də Polşa bu formada gücləndirilir. Digər məqsəd isə Rusiyanın nəzarətə götürülməsidir”.

Politoloq ABŞ və Rusiya arasında münaqişənin olacağını düşünmür:

“Vaşinqtonun hər hansı münaqişəyə ehtiyacı yoxdur və Rusiya-Ukrayna müharibəsi ilə maraqlarını təmin edir. Ukraynanın ərazi bütövlüyü uğrunda hər hansı yeni qüvvənin münaqişəyə girməsi gözlənilmir”.

Safura Bənnayeva
Globalinfo.az