16946257772376339272 1200x630

Ermənistanla ABŞ arasında növbəti birgə hərbi təlim keçiriləcək.

Globalinfo.az xəbər verir ki, bu barədə məlumatı Ermənistan mətbuatı yayıb.

Məlumata görə, təlim iyulun 15-dən 24-nə qədər olan müddətdə olacaq. “Eagle Partner 2024” adlanan təlim beynəlxalq sülhməramlı missiyalarda iştiraka hazırlamaq üçün nəzərdə tutulduğu bildirilib.

Təlimlərdə Ermənistanın sülhməramlı briqadası, ABŞ-ın Avropa və Avropadakı quru qoşunlarının nümayəndələri, eləcə də Kanzas qvardiyasının iştirak edəcəyi vurğulanıb.

Qeyd edək ki, bu ABŞ-la Ermənistan arasında artıq ikinci təlimdir. Bundan öncə birgə təlim 2023-cü ildə baş tutmuşdu.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: