Türkiyədə güclü zəlzələ: binalar dağıldı, ölən var – YENİLƏNİB

Malatyada zəlzələ nəticəsində yaralananların sayı 110 nəfərə çatıb.

Globalinfo.az xəbər verir ki, bunu ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) rəhbəri Yunus Sezer bildirib.

Onun sözlərinə görə, dağıntılar altından 32 nəfər xilas edilib.

***16:48

Bu gün Malatyada 5,6 ballıq zəlzələ zamanı binaların uçması anı kamarelara əks olunub.

Globalinfo.az sözügedən görüntüləri təqdim edir:

***14:25

Bu gün Türkiyənin Malatya bölgəsindəki zəlzələ zamanı ilkin təxminlərə görə, 22 bina dağılıb.

Globalinfo.az xəbər verir ki, bunu Türkiyənin milli təhsil naziri Mahmut Özer deyib.

O, 20 nəfərin xəstəxanaya yerləşdirildiyini, ölənlərin olmadığını vurğulayıb.

O beş nəfərin dağıntılar altından çıxarıldfığını deyib.

AFAD rəhbəri Yunus Sezer isə 1 nəfərin öldüyünü, 69 nəfərin yaralandığını bildirib.

***13:15

Malatyada 5,6 bal gücündəki zəlzələdən sonra dağıntıların olduğu bildirilir.

Globalinfo.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.

Zəlzələ nəticəsində Malatyanın mərkəzində bir zədəli binanın, Yaşılyurdda isə bir neçə ağır zədəli binanın dağıldığı bildirilir.

Hazırda insan tələfatı ilə bağlı məlumat yoxdur, xilasedicilər dağıntılar altında qalan ata və qızını çıxarmaq üçün çalışır.

Qeyd edək ki, zəlzələ bu gün yerli vaxtla 12:04-də qeydə alınıb.