“Vaşinqton Ukraynaya tədarük etdiyi silahla Krıma zərbə endirilməsinə heç bir məhdudiyyət qoymayıb”.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Ceyk Sallivan deyib.
“Biz Ukraynaya ABŞ və Qərb silahları ilə Rusiyaya hücum etməsinə izn verməyəcəyik. Krıma gəlincə, biz onun Ukrayna olduğunu düşünürük”, – o bildirib.
Sallivan Ukraynanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində zərbə endirilməsi üçün heç bir məhdudiyyətin nəzərdə tutulmadığını söyləyib.
İlkin Həsənov
Globalinfo.az