ABŞ-ın Corciya ştatının Atlanta şəhərində ticarət mərkəzinin yaxınlığında atışma baş verib.
Globalinfo.az Modern.az-a istinadən xəbər verir ki, atışma nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanıb.
Öldürülən şəxsin 12 yaşı olub. İlkin məlumata görə, yaralılar isə 15-21 yaşlı gənclərdir. Yaralılardan birinin vəziyyəti ağır qiymətləndirilir.
Atlantanın polis rəisi Darin Şirbaum atışmanın təfərrüatları barədə açıqlama verib. O bildirib ki, hadisə iştirakçıları bir-birilərini tanıyırlar. Onlar arasında bundan öncə də münaqişə olub.