ABŞ-dan Fələstin AÇIQLAMASI: “Administrasiyanın kursu dəyişməyib”

ABŞ Dövlət Departamenti öz tərəfdaşları ilə Fələstin probleminin həlli istiqamətində addımları müzakirə edir.

Globalinfo.az xəbər verir ki, bu barədə Amerika xarici siyasət departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller deyib.

O bildirib ki, ABŞ Dövlət Departamenti bölgədəki tərəfdaşları ilə İsrail-Fələstin münaqişəsinin iki dövlət prinsipi əsasında həllini müzakirə edir və konkret tədbirlərlə bağlı məsləhətləşmələr aparır:

“Administrasiyanın kursu dəyişməyib. Biz açıq şəkildə müstəqil Fələstin dövlətinin yaradılmasını dəstəklədiyimizi bildiririk. ABŞ dövlət katibi Entoni Blinken tabeliyində olan əməkdaşlara Fələstin dövlətinin ABŞ tərəfindən tanınması üçün uyğun variantları nəzərdən keçirməyi və ona təqdim etməyi tapşırıb. Bu məqsədə nail olmaq üçün administrasiya daxilində gördüyümüz işlər barədə məlumat verməyəcəm. Lakin buna nail olmağın bir çox yolu var və biz mümkün variantları nəzərdən keçiririk”, – Miller fikirlərini tamamlayıb.

Əliyar Xəlil,

Globalinfo.az