lukasenko 1

Belarus Prezidenti Aleksandr Lukaşenko Qəzza Sülh Şurasının ilk iclasında iştirak etməyəcək.

Globalinfo.az xəbər verir ki, bu barədə Belarus liderinin mətbuat katibi Natalya Eismont məlumat verib.

O bildirib ki,  Sülh Şurası liderlərinin ilk görüşünə dəvət çox gec gəlib.

“Prezidentin əvəzinə Belarusu ilk görüşdə xarici işlər naziri Maksim Rıjenkov təmsil edəcək. ABŞ-a səfər etməkdən məmnun olardıq, amma təxirə salına bilməyən məsələlər var”, – deyə mətbuat katibi bildirib.

Qeyd edək ki, 16 yanvarda ABŞ Prezidenti Donald “Sülh Şurası”nın yaradıldığını elan edib.

Əliya Xəlil
Globalinfo.az 

Paylaş: