ABŞ-dakı səfirliyimizdən Azərbaycan vətəndaşlarına müraciət

Azərbaycanın Amerika Birləşmiş Ştatlarındakı Səfirliyi növbədənkənar prezident seçkiləri ilə əlaqədar Azərbaycan vətəndaşlarına müraciət ünvanlayıb.

Globalinfo.az Secki-2024.az saytına istinadən xəbər verir ki, bu barədə Azərbaycanın ABŞ-dakı diplomatik missiyasının “X” sosial şəbəkədəki paylaşımında qeyd olunub.

“7 fevral növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar səfirliyimizdə seçki məntəqəsi yaradılıb. ABŞ-də daimi və ya müvəqqəti yaşayan, o cümlədən seçki günü bu ölkədə olacaq 18 yaşını tamamlamış, aktiv seçki hüququna malik vətəndaşlarımız 7 fevral 2024-cü il saat 8:00 AM-7:00PM (EST) arası etibarlı Azərbaycan Respublikası ümumvətəndaş pasportu və ya şəxsiyyət vəsiqəsi ilə səfirlikdə yaradılmış məntəqədə öz səsvermə hüquqlarından istifadə edə bilərlər”, – paylaşımda diqqətə çatdırılıb.