1684903223 ag ev

ABŞ prezidentliyə namizədlərin reytinqi arasında fərq artıb.

Globalinfo.az xəbər verir ki, bu nəticə “The Wall Street Journal”ın keçirdiyi sorğudan sonra ortaya çıxıb.

Məlumata görə, Donald Tramp son aylardan sonra ilk dəfə vitse-prezident Kamala Harrisi qabaqlayıb. Belə ki, Trampı dəstəkləyənlər 47%, Harrisi dəstəkləyənlər isə 45% təşkil edib.

Qeyd edək ki, K.Harris prezidentliyə namizədliyini açıqladıqdan sonra onun dəstəkləyənlərin sayı Trampı üstələyirdi. Bununla belə tərəflər arasında fərq 1%-i aşmırdı.

Xatırladaq ki, ABŞ-da prezident seçkiləri noyabrın 5-də baş tutacaq.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: