
ABŞ-da yüngülmühərrikli təyyarə qəzaya uğrayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “ABC News” məlumat yayıb.
Hadisə Kaliforniya ştatının San Dieqo şəhərində, hava limanına yaxın ərazidə baş verib. Hadisə zamanı bir neçə nəfərin həlak olduğu deyilir.
Ətrafa dağılan yanacaq səbəbindən 15 evdə yanğın olub. İlkin ehtimala görə, qəza şəhər üzərindəki qatı duman səbəbindən baş verib.
Aysel Əliyeva
Globalinfo.az