ABŞ Camal Qaşıqçının xanımına sığınacaq verdi

ABŞ 5 il əvvəl öldürülən jurnalist Camal Qaşıqçının həyat yoldaşına siyasi sığınacaq verib.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, jurnalistin həyat yoldaşı Hanan Elatr ərinin ölümündən sonra ABŞ-a sığınmışdı.

Qeyd edək ki, ABŞ kəşfiyyat orqanları “Vaşinqton Post”un səudiyyəli köşə yazarı Camal Qaşıqçının Səudiyyənin vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın əmri ilə bu ölkənin İstanbuldakı Baş Konsulluğunda öldürüldüyü qənaətinə gəlib.