interpress 68a6173da1ad1c7a4916335fa93fa38e hzltnqovu4320pc1skie

ABŞ tezliklə Venesuelada narkotik kartellərinə qarşı quru əməliyyatlarına başlayacaq.

Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “C-Span” kanalına müsahibəsində danışıb.

“Kartellər bizə müharibə elan etdilər, indi biz onlara müharibə elan edirik”, –  deyə Tramp bildirib.

Prezident əlavə edib ki, ABŞ Konqresi Venesueladakı əməliyyatlara qarşı çıxmayacaq. Eyni zamanda, Tramp mediada B-1 bombardmançılarının Venesuela sərhədinə göndərildiyi ilə bağlı yayılan xəbərləri təkzib edib, bunların həqiqətə uyğun olmadığını vurğulayıb.

Tahir Turan
Globalinfo.az

Paylaş: