Luvr muzeyinə bomba qoyulub? – VİDEO / YENİLƏNİB

Fransa hüquq-mühafizə orqanları anonim təhdidlərdən sonra minlərlə ziyarətçinin evakuasiya edildiyi Luvrda heç bir partlayıcı tapmayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Cerald Darmanin məlumat verib.

“Heç bir bomba, mümkün hücum əlaməti yox idi”, – deyə o bildirib.

Nazir xatırladıb ki, son vaxtlar polisə kifayət qədər çoxlu anonim telefon zəngləri, eləcə də hədə-qorxular gəlir. Hər dəfə də təhdidlərin yalan olduğu üzə çıxır.

***16:36

Fransanın ən böyük muzeylərindən biri olan Parisdəki Luvr muzeyinə bomba qoyulması xəbəri yayılıb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə BFMTV kanalı polisdəki mənbəyə istinadən məlumat yayıb.

Bomba xəbəri yayıldıqdan sonra muzeyin qapıları ziyarətçilər üçün bağlanıb. Qeyd edilib ki, muzeyə gedənlər təcili təxliyə edilib, polis sarayı mühasirəyə alıb, araşdırma aparılır.