5202170608211400114

ABŞ-ın son həftələrdə Kuba sahilləri yaxınlığında kəşfiyyat fəaliyyəti əhəmiyyətli dərəcədə artıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “The İndependent” məlumat yayıb.

Qeyd olunub ki, bölgədə ABŞ-a məxsus kəşfiyyat təyyarələri və pilotsuz uçuş aparatlarının uçuşları intensivləşib.

Burada müşahidə və kəşfiyyat məqsədilə P-8, RC-135 və MQ-4 tipli hava vasitələrindən istifadə olunur.

Nəşr müəllifləri hesab edirlər ki, Vaşinqton bölgədəki hərbi və strateji aktivliyi daha yaxından izləməyə çalışır.

Kəşfiyyat PUA-larının uçuşu gizli əməliyyat prosesi kimi qiymətləndirilir.

Tahir Turan
Globalinfo.az

Paylaş: