61762afd45d2a0a1041b6c9d

ABŞ administrasiyası Türkiyəyə F-16 qırıcı-bombardmançı təyyarələrinin satışı ilə bağlı Konqresə sorğu göndərib.

Globalinfo.az xəbər verir ki, bu barədə Pentaqonun sözçüsü Patrik Rayder keçirdiyi brifinqində bildirib.

Onun sözlərinə görə, ABŞ Türkiyəni vacib tərəfdaş və müttəfiq sayır.

“Məsələnin Konqres tərəfindən nəzərdən keçirildiyini diqqətə alaraq, bu işin hazırkı vəziyyəti barədə danışmaq hüququnu Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyinə verərdim. Əlbəttə, ABŞ-Türkiyə ikitərəfli münasibətlərinə gəlincə, biz həmişə Türkiyənin vacib tərəfdaş və müttəfiq olduğunu demişik. Bu əlaqələri necə gücləndirə biləcəyimiz, müdafiəni necə təmin edə biləcəyimiz mövzusunda Türkiyə liderləri ilə işləməyə davam edəcəyik”, – deyə Rayder bildirib.

Paylaş: