borrel

Avropa Birliyi Türkiyədən Rusiya ilə bağlı ticarət siyasətini dəyişməyini və Qərbin sanksiyalarına qoşulmağını istəyib.

Globalinfo.az xəbər verir ki, bunu Avropa Birliyinin baş diplomatı Jozep Borrel deyib.

Onun sözlərinə görə, Ankaranın Rusiyaya qarşı məhdudiyyətlər tətbiq etməməsi Brüsseldə narahatlığı artırır.

Borrel Türkiyə və AB arasında mövcud olan gömrük ittifaqının Rusiyaya qarşı sanksiyaların dəlinməsi üçün istifadə edilə biləcəyini bildirib. O, Türkiyənin bu variantı Moskvaya təklif olaraq təqdim etməməsinin önəmli olduğunu söyləyib.

İlkin
Globalinfo.az

Paylaş: