1681580651 fotojet 2023 04 15t213539.473 1

Ermənistanın paytaxtı İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatında yarışmaqdan imtina edən Azərbaycan millisi vətənə qayıdıb.

Globalinfo.az xəbər verir ki, onları Heydər Əliyev Beynəlxalq Aeroportunda Gənclər və İdman Nazirliyinin nümayəndələri – nazir Fərid Qayıbovun müavini Marian Vasilyevna, İdman şöbəsinin müdiri Elnur Məmmədov, idmançıların yaxınları, jurnalistlər və idmansevərlər qarşılayıblar. Azarkeşlər bu zaman müxtəlif şüarlar səsləndiriblər.

Xatırladaq ki, qitə birinciliyinin dünən keçirilən açılış mərasimində ölkəmizə qarşı təxribat edilməsi – Azərbaycan bayrağının yandırılması səbəbindən ağır atletlərimiz Avropa çempionatında yarışmaqdan imtina ediblər.

***

İrəvandan qayıdan Azərbaycan atletləri Gürcüstanın paytaxtı Tbilisidən Azərbaycana yola salınıblar.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, Ermənistandan quru yolu ilə Tbilisiyə gələn atletlər Şota Rustaveli adına Tbilisi Beynəlxalq Hava Limanından “Buta Airways” aviareysi ilə Vətənə yola salınıblar. Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları da hava limanına gələrək atletlərlə görüşüb, onları yola düşənədək müşayiət ediblər.

Qeyd edək ki, azərbaycanlı atletləri təhlükəsizlik məqsədilə Ermənistandan Tbilisi hava limanınadək Ermənistandan 5 nəfər müşayiət edib.

643ac2b7460fc643ac2b7460fd1681572532acc7354ee572dc38783079172b167c64 643ac2b70f287643ac2b70f288168157253201e76081f571061006228c6f888cd887 643ac2b6c2d80643ac2b6c2d811681572532294d15e8f4994865a0d93f89d9fac89b 643ac2b67e881643ac2b67e88216815725321fdada823f7cea11b43a0b00faa4a28b 643ac2b636eaf643ac2b636eb01681572532906c71dd6533b9658f320e0d9ff06774 643ac2b5e86d6643ac2b5e86d71681572532e474762f4da129f24991ca00586eda32 643ac2b55a72f643ac2b55a7301681572532336ac24a31b7b1945a827707a344d2d0 643ac2b517660643ac2b517661168157253209d5659d0fc8e833a905c09a76d33b78 643ac2b4bd389643ac2b4bd38c1681572532a1358c6b18133e09aac11ed92caa1fa4

Paylaş: