ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranın Hörmüz boğazından keçən gəmilərdən 2,5 milyon dollar ödəniş tələb etməsi barədə yayılan məlumatları təkzib edib.
Globalinfo.az-ın məlumatına görə, komandanlıq bildirib ki, boğazdan hərəkət edən gəmilərdən heç bir keçid haqqı alınmır.
Xatırladaq ki, bundan əvvəl İran Hərbi Dəniz Qüvvələrinin komandanı Şahram İrani hər bir gəminin Hörmüz boğazından keçmək üçün 2,5 milyon dollar ödəməli olduğunu iddia etmişdi.
O, həmçinin gəminin hücuma məruz qalacağı təqdirdə belə ödənişin geri qaytarılmayacağını bildirmişdi.